Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2019

“İmam Hüseynin (ə) su içə bilmədiyi yeri görməyə gəldim”- İrlandiyalı xristian xanım

Həzrət Hüseynin (ə) və yaxınlarının, övladlarının susuz şəhid edilməsi möminlərin qəlbini yandıran ən acı xatirədir.

İrlandiyalı məsihi xanım Tara Okraide də bu cür ilahi nurun cazibəsi ilə Kərbəlaya, İmam Hüseynin (ə) ziyarətinə gəlmiş şəxslərdəndir.

Məsihi Xanım, Kərbəla haqqında ilk mütaliələrinə işarə edərək deyir: “Mən Aşura hadisəsi barədə mütaliələrimdən sonra qərara aldım ki, Kərbəlaya gəlim. Hətta həyat yoldaşım bu qərarımı eşitdikdə mənə dəli dedi. Lakin mən İmam Hüseynin (ə) əzəmətini dərk etmişdim.”

“Hawzahnews”-in müxbirinə müsahibə verən qadın əlavə edərək deyib:

“Mənim etiqadım budur ki, müsəlmanlar Allaha daha yaxındırlar və Quran Allaha yetişmək üçün ən doğru yoldur. “

Kərbəlaya nə üçün gəldiniz sualına isə qısa olaraq ürək yanğısı ilə belə cavab verib: “İmam Hüseynin (ə)su içə bilmədiyi yeri görməyə gəlmişəm”./deyerler/


147 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
Go to TOP