Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2019

Tramp yenə Ərəbistanı təhqir etdi - Nağd puldan başqa heç nələri yoxdur

“Əl-Cəzirə” telekanalının verdiyi xəbərə görə, Amerika prezidenti Donald Tramp “Fox News” telakanalına verdiyi müsahibəsində deyib: “Ərəbistan Amerikanın onları qorumasının xərcini verir. Səudiyyəlilərin puldan başqa bir şeyi yoxdur, təkcə nağd pul.”
Trampın Ərəbistanı təhqir etməsi birinci dəfə deyil. Bundan əvvəl də Ameika prezidenti Ərəbistan kralı Salman bin Əbdüləzizə xəbərdarlıq etmişdi ki, “Amerikanın hərbi himayəsi olmadan iki həftədən artıq qala bilməz.”
ABŞ prezidenti bu haqda demişdi: “Kral Salmanı sevirəm, lakin ona dedim ki, bax, biz səni müdafiə edirik. Sən biz olmadan iki həftə də qala bilməzsən. Ona görə də bizim ordumuzun xərcini ödəməlisən.”
Tramp müxtəlif çıxışlarında Ərəbistanı dəfələrlə təhqir etmişdir. O, hətta prezident seçkilərindən qabaqkı təbliğatlarında Ərəbistanı südverən inək adlandırıb demişdi ki, süd verdikcə onu sağmaq lazımdır, südünü qurutduqdan sonra isə kəsmək.


144 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
09.11.19, 16:35
Polislərə hücum oldu
Go to TOP