Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2019

Bloqqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.
31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək./report/


614 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP