Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2019

Amerika F-35-ləri Rusiyanın Tu-160-ına çata bilmədi

Rusiyanın Tu-160 bombardmançısı Yapon dənizi üzərində planlı uçuş zamanı Amerikanın F-35A Lightning II qırıcılarının "təqibindən" uzaqlaşa bilib.

Bu barədə Sina agentliyi məlumat yayıb.

Çin portalının verdiyi məlumata görə, Tu-160 Amerika qırıcılarının radarlarına düşüb və onlar onu müşayiət etməyə yollanıblar. Ancaq 110 ton ağırlığında olan Rusiya bombardmançısı onu təqib edən iki yüngül F-35-dən uzaqlaşa bilib.

Qeyd olunur ki, Tu-160 saatda 2,2 min km, Amerika F-35-ləri isə 1,93 min km sürətlə uçublar.

“Təqibin” noyabrın əvvəlində baş verdiyi bildirilir.

"Tu-160 iki güclü strateji üstünlüyə malikdir: biri sürət, digəri isə döyüş sursatıdır",- deyə portal vurğulayıb.


71 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.11.19, 09:20
AB Çindən daha pisdir!
Go to TOP