Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2019

BMT qızların məktəbə hicabla getməsinə İCAZƏ VERİLMƏSİNƏ ÇAĞIRDI...

BMT bu icazəni Azərbaycanın zalım rəhbərlərindən də istəməlidir...

Əsas odur ki, qarşı cinsdə şəhvət oyadan, əxlaqsızlıq aşılayan “müasir”, yarıçılpaq geyimlərə yasaq qoyulmasın. Hə?..


Afrika ölkələrindən birində şagird qızların hicabla məktəbə getməsinin qarşısı alındıqdan sonra Birləşmiş Millətlər Təşkilatı dövlətləri dini dözümlülüyə- tolerantlığa dəvət edib.

“ABCNews” nəşrinin yaydığı məlumata görə, olay Malavinin cənubundakı məktəblərdən birində meydana gəlib. Hicab üzündən müsəlman qızların məktəbə getməsinə icazə verilməyib. Özü də hicab qadağası həmin dövlət təhsil ocağını tikən Anglikan(xristian) kilsəsi tərəfindən qoyulub. Bundan əlavə, kilsə ziyarətçiləri iki məktəbli qızın hicablarını zorakılıqla başlarından çıxarıb cırıblar. Nəticədə şəhərdəki müsəlman və xristian icmaları arasında qarşıdurmalar yaranıb.

BMT-nin Malavi üzrə koordinatoru Maria Torres ölkədə dini dözümsüzlükdən narahatlığını dilə gətirib və qızların məktəblərə hicabla gəlməsinə mane olmamağa çağırıb.

"Bu cür hərəkətlər qızların məktəbə getməsinin qarşısını alır, onları təhsil hüququndan və cəmiyyətdə fəal iştirakdan məhrum edir"- deyə BMT nümayəndəsi bəyan edib.

P.S. Əsas odur ki, müəllimələrin, məktəbli qızların qarşı cinsdə şəhvət oyadan, əxlaqsızlıq təlqin edən “müasir”, yarıçılpaq geyimlərinə yasaq qoyulmasın... Hə?..


147 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.19, 08:30
Avro-2020-nin təqvimi
Go to TOP