Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2019

Dünyada ən çox azarkeşə sahib futbol komandası məlum oldu

İran İslam Respublikasının Təbriz şəhərinin “Traktor” futbol komandası dünyada ən çox azarkeşə sahib komandadır.

FİFA ötən həftə ölkə çempionatlarında iştirak edən azarkeşlərin sayı ilə bağlı araşdırma aparıb. Müəyyən edilib ki, İran İslam Respublikasının Təbriz şəhərində keçirilən “Traktor”-“İstiqlal” oyununu 100 min nəfər izləyib.

Ötən həftə Avropada keçirilən ölkə çempionatlarında iştirak edən komandaların izləyicilərinin sayı isə az olub. Tanınmış Avropa klublarına azarkeşlik edənlərin sayı “Traktor”dan azdır.

Almaniya çempionatında “Borussiya”-“Wolfsburq” qarşılaşmasını-80 min 200, İspaniya çempionatında “Real Madrid”-“Sevilla” oyununu 70 min 375, İtaliya çempionatında “Flamenqo”-“Corinthions” qarşıdurmasını 64 min 985, İngiltərə çempionatında isə “Arsenal”-“Wolverhampton” oyununu 60 min 383 azarkeş izləyib.

FİFA-nın cədvəlindən də göründüyü kimi İranın “Traktor” futbol komandası dünyada ən çox azarkeşə sahib olan komandadır.


162 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP