Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2019

Netanyahu: Misir və İordaniyada islamçıların hakimiyyətə gəlməməsi bizim xeyrimizədir

Sionist rejimin baş naziri Benyamin Netanyahu bazar günü Knessetdə çıxışında deyib: “Biz İordaniya ilə sülhü qorumaqda xüsusi mənfəət əldə edirik. Bizim ən uzun sərhədimiz İordaniya ilədir.”
Netanyahu əlavə edib: “İordaniya və Misirdə sabitlik, sülh razılaşmasında sabitlik və bu ölkələrdə islamçıların hakimiyyətə gələ bilməməsi “İsrail”in aşkar maraqları istiqamətindədir. Bu həmçinin Misir və İordaniyanın da xeyrinədir.”
Sionist rejim baş naziri bu iki ölkənin onlara hücum edə bilməməsinin səbəbini də açıqlayaraq deyib: “Onların bizə hücum etməsi üçün heç bir əsas yoxdur. Çünki biz güclüyük və bu bir prinsipdir.”
Netanyahu Misir və İordaniya dövlətlərinin sionist rejimdən asılı olduğunu da dilə gətirərək deyib: “Biz bu iki ölkə ilə qonşuyuq və müxtəlif ünsürlərin bu iki ölkəni ələ bilməməsi üçün onlar bizim gücümüzdən asılıdır. Mən bunun detallarına toxunmuram və bu ölkələrin ələ keçirilməsinin qarşısını almaqda onlara necə kömək etməyimiz barədə danışmıram.”


166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP