Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2019

"Votsap"da yeni funksiya

"Votsap" tərtibatçıları, müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silmək üçün nəzərdə tutulmuş yeni bir funksiyanın sınaqlarını keçirdirlər.

"Mesajları silmək" seçimi, Android əməliyyat sistemi üçün 2.19.348 mesenjerinin beta versiyasında ortaya çıxıb. Qeyd olunur ki, bu funksiya proqramın daha əvvəlki beta versiyasında qismən mövcud olub və "Yox olan mesajlar" adlandırılıb.

Mesenjerin test versiyasında opsiyanı "Əlaqə məlumatları" və ya "Qrup çat parametrləri" nişanlarında aktivləşdirmək olar, bu halda onları yalnız qrup idarəçiləri istifadə edə bilər.

Bu vəziyyətdə istifadəçi mesajın "ömrünün" müxtəlif müddətlərini - saat, gün, həftə, ay və ya il olaraq seçə biləcək.


783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP