Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2019

“Honkonqdakı etirazların sponsoru ABŞ-dır” - Çindən bəyanat

“Honkonqdakı etirazların kulisarxası sponsoru ABŞ-dır”.

Bunu Çinin Xarici İşlər nazirinin müavini Le Yuyçen deyib. Onun sözlərinə görə, Honkonqdakı aksiyalarda Qərb ölkələrinin də müdaxiləsi az deyil:

“Bu əsasən, xarici təsir qüvvələri – ilk növbədə ABŞ və digər Qərb dövlətlərinin müdaxiləsi ilə əlaqədardır. Biz hesab edirik ki, ABŞ bu etiraz dalğalarının pərdəarxası sponsorudur”.

Yuyçen Rusiya prezidenti Vladimir Putinin mövqeyini dəstəkləyərək ABŞ-ın Çin və Rusiyanı böhran vəziyyətinə gətirmə siyasətini böyük səhv adlandırıb.

“Bu cür cəhdlərlə beynəlxalq cəmiyyətin heç bir dəstəyini almayacaqlar. Onlar çox böyük səhv edirlər. Əminik ki, ABŞ-ın bu cür addımları uğursuzluqla nəticələnəcək”, - deyə nazir müavini bildirib


120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP