Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2019

İrandan bu ölkəyə Quranla bağlı etiraz

Norveçin Kristiansann şəhərində SİAN ekstremist qruplaşmasının üzvlərinin müqəddəs Quranı yandırması İranın kəskin etirazına səbəb olub.

Bununla əlaqədar Norveçin İrandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub. Lakin səfir qısamüddətli məzuniyyətdə olduğu üçün onun əvəzinə nazirliyə mədəniyyət attaşesi gedib.

Səfirliyin əməkdaşına etiraz notası təqdim olunub. Nəzərə çatdırılıb ki, 1,5 milyard insanın etiqad etdiyi dinin təhqir olunması yaxşı nəticələr verməyəcək. İran İslam Respublikası Norveçdən tələb edib ki, müqəddəs kitabı yandırmaqla dinlər arasında təfriqə salmağa çalışanlar saxlanılaraq məsuliyyətə cəlb olunsunlar. Etiraz notasında qeyd olunur ki, söz və fikir azadlığı adı altında islam dinini təhqir etmək yolverilməzdir.

Norveç səfirliyinin əməkdaşı notanın hökumətə çatdırılacağını və məsələ ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bildirib.


98 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP