Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2019

Maduro Kolumbiyanı Venesuelaya qarşı sui-qəsd cəhdində ittiham edib

Venesuela prezidenti Nikolas Maduro ölkə hərbçiləri qarşısındakı çıxışında Kolmbiya oliqarxları tərəfindən maliyyələşdirilən, Bolivar Respublikasının hərbi hava hücumunun müdafiə vasitələrinə qarşı yönəldilmiş sui-qəsd cəhdlərin müvəffəqiyyətlə ifşa olunması barədə bildirib.

Bu barədə TASS məlumat yayıb.

"Biz Kolumbiya oliqarxlarının dolları tərəfindən maliyyələşdirilən, daha çox Bolivar Respublikasının Hərbi Hava Qüvvələrinə və quru qoşunlarına qarşı yönəldilmiş 47-dən çox sui-qəsd cəhdini aşkarladıq. Onlar diversiya təşkil etməyə çalışaraq, Venesuelanı hava hücumuna qarşı müdafiəsiz qoymağa çalışırdılar", - deyə o bildirib.

Maduro həmçinin ölkənin hava məkanının, sülhün, müstəqilliyin və milli təhlükəsizliyin müdafiəsimə görə" Venesuelanın Milli Hərbi Hava Qüvvələrinin nümayəndələrinə təşəkkür edib.


103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP