Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2019

Ərdoğana ağır zərbə: Babacan və Davudoğludan dağıdıcı gediş

“Keçmiş nazirlər Əli Babacan və Əhməd Davudoğlunun quracağı partiya AKP-də istefalara və qopmalara səbəb olacaq”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) quruclarından biri Fatma Bostan Ünsal deyib.

O, 2015-ci il parlament seçkilərindən sonra AKP daxilində ciddi fikir ayrılığının yarandığını, həmin dönəmdə baş nazir olan Əhməd Davudoğlunun parlamentdə təmsil olunan siyasi partiyalarla koalisiya hökuməti qurmağa cəhd etdiyini iddia edib. Lakin buna görə Davudoğluna icazənin verilmədiyini diqqətə çatdırıb.

Ünsal Babacan və Davudoğlunun partiya qurmaq planının yeni olmadığını, bunun 4 ildir AKP daxilində gedən qarşıdurmadan qaynaqlandığını söyləyib:

“Mövcud problemlər açıq müstəviyə çıxanda bu, qopmalara səbəb olur. Son olaraq, Mustafa Yeneroğlu da bu səbəbdən istefa verdi”.


100 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP