Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2019

VADA-nın Rusiya əleyhinə qərarı... - Zaxarova

Dünya Antidopinq Agentliyinin (VADA) Rusiyanı 4 il müddətinə idman yarışlarından uzaqlaşdırmasına yönəlik açıqlaması siyasi xarakter daşıyır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova idman yarışları ilə bağlı siyasi vasitələrdən istifadə edilməsini düzgün hesab etmədiklərini, ancaq bəzi dairələrin müəyyən lobbi fəaliyyətindən istifadə edərək Rusiyanı beynəlxalq idman yarışlarından kənarlaşdırmağa çalışdıqlarını söyləyib.

Qeyd edək ki, daha əvvəl VADA-nın müvafiq komitəsi qurumun İcraiyyə Komitəsinə Rusiyanı beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırmağı tövsiyə edib. Bu isə ölkə idmançılarının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında neytal bayraq altında çıxışı, futbol yığmasının isə 2022-ci il dünya çempionatında iştirak etməmə variantının mümkünlüyü anlamına gəlir.


84 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP