Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2019

Sensasiya: Günəşdən 70 dəfə böyük... – Elmi nəzəriyyələr alt-üst oldu

Çin Milli Astronomiya Mərkəzinin professoru Li Jifenq Süd Yolu qalaktikasında Günəşdən 70 dəfə böyük bir qara dəlik kəşf olunduğunu açıqlayıb.

Professor “LB-1” adlanan qara dəliyin kəşf olunmasının elm adamlarının bura qədər olan ehtimallarını alt-üst etdiyini bildirib.

Jifenqin sözlərinə görə, elmi nəzəriyyələr və ehtimallar indiyədək Süd Yolunda bu həcmdə qara dəliyin olmasını inkar edirdi.

Dünyanın da yerləşdiyi qalaktikada aşkar olunan “LB-1” Yer kürəsindən 15.000 işıq ili məsafədə yerləşir.

ABŞ-ın Kaliforniya İnstitutunun elm adamı David Ritz yeni kəşf haqda bunları deyib:

“Elmi nöqteyi-nəzərdən bu qara dəlik qalaktikamızda olmamalı idi. Texniki olaraq bu boşluqda tarazlıq olmadığı üçün qara dəliyin əmələ gəlmə prosesi getməməli idi”.

O, Süd Yolunda 100 milyon qara dəliyin olduğunu, lakin “LB-1”-in bunlardan iki dəfə böyük olduğunu açıqlayıb.

Məlumatda “LB-1”-in Çinin LAMOST teleskopu tərəfindən kəşf edildiyi bildirilib.


93 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP