Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2019

İraqda iğtişaşçılar İmam Zamanın (əc) naibinin məqbərəsini yandırıb

İraqda iğtişaşçılar İmam Zamanın (ə) kiçik qeyb dövründə ilk xas naibi Osman ibn Səid Əmrinin məqbərəsini yandırıb. 267-ci hicri-qəməri ilində vəfat etmiş Əbu Əmri adı ilə tanınmış naib İmam Hadi (ə), İmam Həsən Əskəri (ə) və İmam Məhdinin (əc) səhabələrindən olmuşdur. Dörd xas naibdən biri olan Əbu Əmri İmam Məhdinin (əc) imamətinin başlanmasının əvvəlindən (260-cı hicri-qəməri ili) ömrünün sonunadək, yəni təqribən 7-8 il müddətində həzrətin xüsusi naibi olmuşdur.
İraq mənbələrinin verdiyi xəbərlərə görə, iğtişaşçılar əsasən, Amerika və Ərəbistana bağlı muzdurlardır. Habelə məhv edilmiş İŞİD terror qrupunun qalıq üzvləri etirazçı camaat adı ilə küçələrə gələrək ölkədə dövlət və şəxsi əmlakı dağıdır, yandırır, kütlə arasında atəş açaraq daha çox insan tələfatına nail olmaqla ölkədə qarışıqlıq yaratmaq istəyirlər.


86 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP