Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2019

Pakistanlı tacir Nəcəfdən Kərbəlayadək ağac əkdirir

Pakistanlı tacir Nəcəfdən Kərbəlaya qədər Ərbəin zəvvarlarının yolunu ağac əkdirməyə başlayıb.

Pakistanlı tacir Məhəmmədi Dərbar Kəraçidə bu barədə “Reuters”-ə deyib: “Həyat yoldaşım və oğlum İmam Hüseyn (ə) Ərbəini ziyarətindən qayıtdıqdan sonra günəşdən yanmış üzlərini gördükdə, başa düşdüm ki, bu yolda hava çox istidir. Ona görə də Nəcəfdən Kərbəlaya qədər yolda (Ərbəin zəvvarlarının yolu) kölgə yaratmağı qərara aldım.

Bu barədə Nəcəfdə İraq dövlət məsulları ilə söhbət etdim və onlar əməkdaşlıq edəcəklərinə söz verdilər. Layihənin icrası üçün təqribən 25 milyon rupi lazım olacaq.”
Məhəmmədi əlavə edib: “Sınaq məqsədilə bir neçə fidan Nəcəfə göndərdim. Sınaqlardan məlum oldu ki, bu fidanlar Ərbəin zəvvarları yolunda əkilmək üçün uyğundur.
8 növdə 9800 fidandan ibarət ilk yük əkilmək üçün İraqa göndərilib. Bu layihə 3 il müddətində həyata keçəcək.”

Pakistanlı fəhlələrin də bu layihədə iştirak edəcəklərini bildirən tacir deyib: “Allaha şükür olsun ki, bir ömür ticarətdən sonra bu iş ağlıma gəldi. Bəlkə də Ərbəin zəvvarlarının mənim əkdiyim ağacların kölgəsi altına getdiyini görməyə ömrüm çatmasın, lakin ömrümün axırlarında Allah məni bu səmtə hidayət etdi və mənə yaxşı yol göstərdi.”


72 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.19, 16:38
Morales Kubaya getdi
07.12.19, 09:07
Nar haqda bilmədiklərimiz
Go to TOP