Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Dekabr 2019

Çində keçmiş məmur ömürlük azadlıqdan məhrum edilib- Korrupsiyada ittiham olunur

Vay Azərbaycan məmurlarının (prezidentdən tutmuş xırda məmura kimi) halına...

Çin Milli Enerji Administrasiyasının keçmiş sədri Nur Bekri korrupsiya ittihamı ilə aparılan cinayət işi üzrə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Şenyan şəhəri xalq məhkəməsi belə bir qərar çıxarıb. Qərara əsasən, Nur Bekri ömürlük siyasi hüquqlardan məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub. Məhkəmənin gedişində keçmiş məmurun 1998-2018-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən səlahiyyətlərindən sui-istifadə etməklə, qeyri-qanuni yolla külli miqdarda vəsait əldə etdiyi sübuta yetirilib. Onun qanunsuz yola əldə etdiyi varidatın 79,1 milyon yuan (11,26 milyon ABŞ dolların) olduğu bildirilir.

Nur Bekri məhkəmə prosesində ittihamları qəbul edərək peşman olduğunu bildirib, qanunsuz yola əldə etdiyi əmlakı dövlətə təqdim edib. O, apellyasiya şikayəti verməyəcəyini deyib.


184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP