Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Dekabr 2019

Sensasion gəlişmə: Zelenskiyə təzyiq təsdiqləndi - Trampa pis xəbər

ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Prezident Donald Trampa qarşı başladılan impiçment proseduru çərçivəsində bu komitənin hazırladığı hesabatı səs çoxluğu ilə təsdiqləyib.

Hesabatın təsdiq edilməsi ilə impiçment istintaqı rəsmi olaraq palatanın Ədliyyə Komitəsinə keçib.

Hesabata görə, Donald Trampın iyul ayında baş tutan telefon danışığında Ukrayna Prezidenti Vladimir Zelenskiyə təzyiq etməsinə dair əsaslı dəlillər əldə olunub.

Yaxın günlərdə Ədliyyə Komitəsinin hesabatı səsverməyə çıxaracağı gözlənilir.

Məlum telefon görüşündə Tramp Zelenskiyə gələn il keçiriləcək prezident seçkisindəki rəqibi Co Bayden və ailəsinin Ukraynadakı biznesinin araşdırılması barədə təzyiq etdiyi açıqlanmışdı. İddiaya görə, Tramp Zelenskiyə bu istəyini yerinə yetirəcəyi halda, Ukraynaya maddi və hərbi yardım ayıracağı vədini verib.


211 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP