Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2019

Misir: Yaxın Şərqdə sakitlik istəyiriksə, Fələstin və Qolan azad olmalıdır

Misirin BMT-dəki daimi nümayəndəsi çərşənbə günü Nyu-Yorkda keçirilən iclasda Fələstinin və Suriyanın Qolan ərazisinin sionist rejim işğalından azad olunmasını tələb edib.

“Əl-Yovm əs-Sabe” informasiya mərkəzinin verdiyi xəbərə görə, Məhəmməd İdris vurğulayıb: “Yaxın Şərqdə sakitlik istəyiriksə, Suriyanın Qolan əraziləri və Fələstin azad olmalıdır.
Dünya Suriyanın Qolan ərazilərinin işğal edilməsi barədə ciddi mövqe nümayiş etdirməlidir. Sionist rejim Təhlükəsizlik Şurasının və BMT-nin Qolanın işğaldan azad olunması barədə qəbul etdiyi qətnamələri illərdir ki, icra etməmişdir.”

Misirli nümayəndə təkid edib ki, məntəqədəki böhranların həlli üçün BMT-nin qanun və qətnamələrinə əməl etmək lazımdır.
Qeyd edək ki, çərşənbə günü BMT-də qəbul edilən qətnamədə Suriyanın Qolan ərazisinin sionist rejim tərəfindən işğal edildiyi vurğulanıb və sionist rejimdən bu ərazilərdən geri çəkilməsi tələb edilib.


178 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP