Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2019

Putindən Bolqarıstana xəbərdarlıq: Məqsədli edirsiniz!

Rusiya Prezidenti Vladimir Putin “Türk axını” layihəsi ilə bağlı gecikmələrə görə Bolqarıstan hakimiyyətini kəskin şəkildə tənqid edib.

Kreml rəhbəri serbiyalı həmkarı Aleksandr Vuçiçlə görüşündə Bolqarıstanın dəfələrlə Rusiyadan qaz nəqli ilə bağlı müraciətlər etməsinə baxmayaraq, “Türk axını” layihəsi çərçivəsində görülən işləri məqsədli olaraq gecikdirdiyini bildirib.

“Bunu açıq şəkildə deyirəm: Bolqarıstan hakimiyyəti “Cənub axını” layihəsini pozduqdan sonra “Türk axını”nın nəyin bahasına olursa-olsun həyata keçirilməsi üçün bizə bir neçə dəfə müraciət etdi. Lakin böyük ehtimala görə, xarici təzyiqlər səbəbindən işləri gecikdirirlər. Bu layihənin Bolqarıstanda necə davam etdiriləcəyinə baxacağıq. Bolqarıstan hakimiyyəti istəmirsə, Avropanın cənubunda layihəmizi həyata keçirmək üçün fərqli yollar axtaracağıq”, - deyə Putin qeyd edib.


529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP