Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2019

Lənkəranda 25 yaşlı gənc qisas zəminində bıçaqlanıb

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü Aqil Baloğlan oğlu Səfərov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona kürəkarası nahiyənin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat blokuna alınıb. Hazırda əməliyyat davam edir.

Bıçaqlanma qisas zəminində törədilib. Belə ki, bir müddət öncə S.Aqil baş verən davanın iştirakçısı olub və bir nəfərə xəsarət yetirib. Xəsarət alan şəxs isə qisas almaq üçün yenidən Aqillə görüşüb.

Görüş zamanı tərəflər arasında düşən mübahisə Aqilin bıçaqlanması ilə nəticələnib./report/


216 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP