Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2019

Avropa öz ordusunu qurmağa çalışsa da... - Professor

NATO ABŞ-ın Avropanı idarəetmə vasitələrindən biridir.

Bu sözləri türkiyəli professor İhan Uzgel NATO ilə bağlı “beyin ölümü keçirməsi" kimi fikirləri şərh edərkən deyib.

“Makronun bu yöndə fikirlərini alyansı “özünə gətirmə” cəhdi kimi dəyərləndirmək mümkündür. Makron hədəfinə çatdı. Artıq hamı NATO barədə danışır. Varşava Paktı özünü məhv etdi. NATO yerindədir, heç bir təhdid yoxdur. Bu, amerikan hegemoniyasının bir vasitəsidir. Amerikan hegemoniyası davam edərsə və Avropa müttəfiqləri, Cənubi Koreya, Yaponiya, Braziliya, Avstraliya buna dəstəyini ifadə edərsə, sadəcə NATO deyil, bu kimi alyansların mövcudluğu da davam edər”, - deyə Uzgel bildirib.

Professer onu da əlavə edib ki, 80-ci illərdən bəri Avropa öz ordusunu qurmağa çalışsa da, buna nail ola bilmir.


205 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP