Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2019

Rusiyanın bütün idman obyektlərində namaz otaqları olacaq

Azərbaycanın hansı böyük idman obyektlərində ibadət məkanları var?..

Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclərlə İş üzrə Komitəsi dekabrın 5-də idman obyektlərində xüsusi ibadət otaqları  yaradılması barədə layihəni dəstəkləyib.

Bu haqda “RİA Novosti” məlumat yayıb.

“İdman obyektlərində dini otaqların təşkili ilə bağlı layihə palatanın (Dövlət Duması - T-i) müzakirəsi üçün təqdim ediləcək,- deyə Komitə rəhbəri Mixail Degtyarev bildirib. -Biz bunu hər hansı yarış təşkilatçısına azarkeşlərin ehtiyaclarını ödəmək hüququ vermək üçün edirik. Hər kəs dəstəkləyir...”

Qeyd edilir ki, Moskvadakı “Ak Bars Bank Arena” stadionunda 2013-cü ildə obyektin açılışından bəri müsəlmanlar üçün bir namaz otağı mövcud olub. 2017-ci ildə FIFA Konfederasiyalar Kuboku təşkilat komitəsinin və Beynəlxalq Futbol Federasiyasının özünün bəzi nümayəndələri turnir oyunlarının vaxtı Ramazan vaxtı olduqda həmin məkanlardan istifadə edib.


196 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP