Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2019

Mərakeş kralı Amerika dövlət katibini qəbul etmədi

“Rusiya əl-Yovm” qəzetinin yazdığına görə, cümə axşamı Amerikanın dövlət katibi Mərakeşin paytaxtı Rabata daxil olub və bu ölkənin baş naziri Sədəddin əl-Osmani və milli-təhlükəsizlik idarəsinin rəhbəri Əbdüllətif Hamuşi ilə görüşüb. Bundan sonra o, kral VI Məhəmmədlə görüşməli idi. Lakin bu görüş naməlum səbəblərdən ləğv edilib.

Mediaların Pompeo və Nasir Burətiyyənin mətbuat konfransında iştirak etmək üçün Mərakeş Xarici İşlər Nazirliyinə dəvət edilməsinə baxmayaraq, bu konfrans və bunun ardınca kralın Pompeoya şam ziyafəti də ləğv edilib.

Mərakeşin “Hespres” qəzetinin məlumatlı mənbəyə istinadla yazdığına görə, Pompeonun proqramları Mərakeşin xoşuna gəlməyib və Pompeo iki günlük nəzərdə tutulmuş səfərini bir günə başa çatdırmalı olub.
Amerikalı mənbələr isə Pompeonun səfərinin yarımçıq qalmasını ABŞ prezidenti Donald Trampın impiçment edilməsi ilə bağlı olduğunu bildiriblər.

Bir sıra mənbələr də Mərakeş kralının Pompeoya xoş üz göstərməməsinin səbəbini, onun Mərakeşdən sionist rejimlə münasibətlərini normallaşdırmasını istəməsi olduğunu deyib.
Bundan əvvəl sionist rejimə aid “İ24” telekanalı demişdi ki, Amerika dövlət katibinin Mərakeşə səfəri Rabat və Təl-Əviv arasında münasibətləri normallaşdırmaq məqsədilə baş tutur.


209 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP