Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2019

Jirinovski: Qərb ruslara ikinci növ adamlar kimi baxır

Qərbdən bizə gələn mallar onların rusiyalılara əsl münasibətini göstərir.

Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski öz Tvitter səhifəsində paylaşıb.

"Federal Antiinhisar Xidməti nəhayət ki, Avropadan aşağı keyfiyyətli malların gəldiyini aşkar etdi. Biz Qərb ölkələri üçün hər cür tullantının təklif edildiyi ikinci növ insanlarıq. Bizlə ticarət etmək istəyirlərsə, yüksək səviyyəli məhsullar göndərsinlər", - deyə o bildirib.

Qeyd edək ki, Federal Antiinhisar Xidməti bundan öncə bəzi xarici istehsalçılara xəbərdarlıq edərək, onların Rusiyada satışa çıxardığı məhsullarla xaricdəki məhsulların eyni keyfiyyətdə olmadığını bildirmişdi. Xəbərdarlıq xüsusilə “Ariel” və “Persil” yuyucu tozları, eləcə də “Lindt” şokoladları ilə bağlı edilmişdi.


562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
14.09.20, 08:26
Türkiyə yenə itki verdi
Go to TOP