Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2019

7500 yəmənli uşaq Ərəbistanın təcavüzünün qurbanı olub

“Əl-Məsirə” telekanalının verdiyi xəbərə görə, Yəmən Səhiyyə Nazirliyinin mətbuat katibi dünən Ərəbistan koalisiyasının cinayətlərini şərh edərkən Yəmən xalqı əleyhinə 1700 günlük müharibədə 7500 uşağın qurbana çevrildiyini və onlardan 3672 nəfərin həlak olduğunu deyib.
Mətbuat katibi əlavə edib ki, təcavüzkar koalisiyanın yaşayış binalarına hava hücumları nəticəsində 800 nəfər uşaq daimi iflicliyə düçar olub.
5 yaşından aşağı 3 milyon uşaq qidasızlıqla üzləşib və onlardan 400 min nəfəri şiddətli qidasızlıq vəziyyətindədir. Lazimi tibbi qayğılar həyata keçirmək mümkün olmadığı surətdə hər 10 dəqiqədə bir uşaq ölümlə üzləşir.
Mətbuat katibi bildirib: “Səna hava limanının blokadada olması təqribən 320 min yəmənlinin müalicə üçün xarici ölkəyə gedə bilməməsinə səbəb olmuşdur və bu üzdən həmin xəstələrin 42 min nəfəri vəfat etmişdir. Bu rəqəmin 13 faizini uşaqlar təşkil edir. ”


299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP