Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Yanvar 2020

Ərdoğan: İraq xalqının şəhid Qasim Süleymani ilə möhtəşəm vida mərasimini televiziyadan izlədim - Xalqın ona sevgisi...

İslam İnqilabı Keşikçilər Qvardiyası Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaninin cinayətkar Amerika tərəfindən şəhid edilməsinin ardınca Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefon əlaqəsi saxlayaraq Ali Məqamlı Rəhbərə, İran xalqı və dövlətinə başsağlığı verib.

Türkiyə prezidenti deyib: “Şəhid Süleymaninin itkisinə görə dərindən təəssüflənir və kədərlənirəm, İran xalqının, Rəhbərin və Sizin qəzəb və narahatlığınızı başa düşürəm.”

Şəhid Qasim Süleymanin ilə vida mərasimini İraq televiziyası vasitəsilə izlədiyini deyən Ərdoğan əlavə edib: “Bütün bu görüntülər İraq xalqının general Süleymaniyə sevgisini və onu tanımasını aydın nümayiş etdirir. Mən öz növbəmdə Allahdan onun üçün rəhmət və məğfirət diləyirəm.”

Türkiyə prezidenti regionda sabitliyin yaranması zərurətinə də toxunaraq deyib: “Xarici müdaxilələr və regional qarşıdurmalar məntəqədə sabitliyin yaranmasına mane olur və biz belə müdaxilələrin regionda sülh və sabitliyi pozmasına icazə verməməliyik. Mən əminəm ki, regionda qədim tarixi hökumət və mədəniyyət quruluşuna malik olan İran bu dövrdə də məntiq və Rəhbərliyə söykənəcək.”

Ərdoğan iki ölkə xarici işlər nazirlərinin müzakirələrinə də toxunaraq deyib: “Yaxın vaxtlarda Tehranda baş tutacaq görüşümüzdə ikitərəfli və regional mövzuları araşdıracağıq və fikir mübadiləsi aparacağıq.”


125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP