Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2020

Ərdoğan: Xəbəri eşidəndə şok olduq

General Qasım Süleymani özünü təsdiqləmiş bir insan idi.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalına müsahibəsində deyib. O, hadisəyə İran tərəfindən qarşılıq verilə biləcəyini deyib:

“Düşünürəm ki, bir ölkənin ən yüksək rütbəli bir komandirini öldürmək təbii ki, qarşılıqsız qalmaz. Bu, təəssüf ki, bölgədəki gərginliyi artıran bir addım oldu”.

Ərdoğan Süleymaninin öldürüldüyü gün ABŞ Prezidenti Donald Trampla aralarında telefon danışığı baş tutduğunu bildirib:

“Biz o axşam Trampla danışdıq, 4-5 saat sonra bu hadisə baş verdi. Demək ki, məsələ planlaşdrılmışdı. Xəbəri eşidəndə şok olduq. Trampı təmkinli olmağa çağırmışdım”.


122 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP