Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Yanvar 2020

İran bundan sonra ölkənin nüvə proqramını texniki ehtiyaclara uyğun tətbiq edəcək

İran İslam Respublikası nüvə razılaşmasındakı öhdəliklərinin heç birinə əməl etməyəcəyini açıqlayıb.

Bu barədə İran hökuməti açıqlama yayıb.

Açıqlamada İranın bundan sonra uranın zənginləşdirilməsi, saxlanması, araşdırılması və inkişaf etdirilməsi ilə bağlı heç bir öhdəliyə əməl etməyəcəyi qeyd edilib.

İran hökuməti həmçinin sentrifuqaların sayı ilə bağlı heç bir məhdudiyyət tətbiq etməyəcəyini, ölkənin nüvə proqramının texniki ehtiyaclara uyğun tətbiq ediləcəyini açıqlayıb.

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işləməyə davam edəcəyini, sanksiyaların ləğvi və maraqların təmin ediləcəyi halda Tehran rəhbərliyinin razılaşmaya qayıtmağa hazır olduğunu bəyan edib.


113 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP