Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2020

Müqtəda Sədrdən Trampa ağır sözlər: Ey qumarxanaların, barların oğlu...

İraqın nüfuzlu dini və siyasi lideri Müqtəda Sədr Trampın sanksiya təhdidlərinə çox sərt cavab verib.

Sədr Hərəkatının lideri Tvitter səhifəsində ABŞ prezidentinə səslənərək yazıb: 

Ey eyş-işrət evlərinin, qumarxanaların və barların oğlu, xalqı aclıqla təhdid edirsən?
Elə düşünürsən ki, Hicazın pulunun sizə faydası olacaq, xəyanətkarlar sizə xeyir verəcək və sizin silah zavodlarınız işləyəcək?

Sizin eviniz hörümçəyin torundan da süstdür və silahlarınız ağcaqanadın dişindən də zəifdir.
Sənin səsin və tvitlərin eşşəyin səsindən də pisdir.
Yada sal ki, milçək tağutu öldürdü və quşlar Əbrəhəni məhv etdi.
Vyetnamı unutmusan?! Ya təzədən ayrı bir batlağa düşmək iştiyaqındasan?
Allaha and olsun, qarşında elə əsgərlər görəcəksən ki, onun kimi deyildirlər. Elə bir ordu ki, onun əvvəli Bəsrədə və axırı Dəhukdadır.

Bəli, bugün məqsədiniz üzə çıxmışdır. Dünən azadlıq iddiası edən, bu gün xalqı diz çökdürməkdən danışır! Dünən xalqın sevgisini əldə etdiyini iddia edən, bu gün məğlub və təhqir olmuş halda (İraqdan) çıxacaq.

Ey Tramp! Müqəddəslər ölkəsinə hücum etmək istəsən, mən sənin qarşındayam.
Əgər mənim nəsihətimi dinləsən, keçmişdəkilər kimi olma, əks təqdirdə peşman olacaqsan.
Əgər təslim qapısından daxil olsan, biz sülh şagirdləriyik, əgər müharibə qapısından gəlsən, biz müharibə yetirmələriyik. Bundan artıq bizi sınağa çəkmə.

Sənin düşmənin Müqtəda Sədr


163 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP