Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Yanvar 2020

Trampın müttəfiq dövlətlərə ağır mesajı - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İraqdan ABŞ ordusunun çıxarılmayacağı bəyanatını Vaşinqtonun bütün müttəfiqlərinə mesajı kimi dəyərləndirmək olar.

Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib.

“Bu, Vaşinqton tərəfindən ərazilərində hərbi bazaları olan bütün müttəfiqlərinə göndərilən birmənalı siqnaldır. ABŞ-la müttəfiqlik sadəcə xarici görünüş baxımından romantik əməkdaşlıq kimi görünür. Oyun ABŞ qaydalarına uyğun getməyəndə isə burada tamam başqa sonluq olur”, – deyə o bildirib.

Kosaçev qeyd edib ki, İraqdakı situasiya ABŞ-ın digər müttəfiqlərinə dərs olacaq.


110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP