Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2020

İraq Kürdüstanı Hökumətinin başçısı Qasim Süleymaninin şəhadəti münasibətilə başsağlığı verib

İraq Kürdüstanı Regional Hökumətinin başçısı Neçirvan Barzani Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaninin şəhadəti münasibətilə Ali Məqamlı Rəhbərə başsağlığı məktubu göndərib.
Məktubda deyilir
Bismillahir-Rəhmainir-Rəhim
İnna lillahi və inna iləyhi raciun
Salam aleykum
General Qasim Süleymaninin itirilməsi Kürdüstan Regional Hökuməti və xalqı üçün çox kədərli və narahatedicidir. O, diktatorluq əleyhinə müharibə cəbhəsində bizim dostumuz və terrorçu qrupa qarşı müharibədə səngər yoldaşımız idi. İraq və Kürdüstan rəsmiləri dəfələrlə onun zəhmət və fədakarlığını təqdir etmişdi.
Özümün və Kürdüstan Region xalqı tərəfindən Sizə və onun ailəsinə başsağlığı verirəm. Ona uca cənnət arzu edirəm.
Neçirvan Barzani
İraq Kürdüstanı Regional Hökumətinin başçısı


99 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP