Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Yanvar 2020

Eyn əl-Əsəddə 80 amerikalı terrorçu öldürüldü

SEPAH-ın kəşfiyyat bölməsinin məlumatlı vəzifəlisinin “Farsnews”-ə verdiyi xəbərə görə, İranın Amerikanın Eyn əl-Əsəd hərbi bazasını vurması nəticəsində çoxlu sayda amerikalı terrorçu məhv edilib.

Mənbə bildirib: “Əldə etdiyimiz dəqiq məlumatlara görə, bazada indiyi kimi ən azı 80 Amerika hərbçisi ölüb və 200 nəfər yaralanıb. Yaralılar dərhal helekopterlər vasitəsilə digər bazalara daşınıb.”
O əlavə edib: “Eyn əl-Əsəd Amerika üçün strateji bir kompleksdir və sərnişinsiz təyyarələr bu baza tərəfindən dəstəklənir.”

SEPAH vəzifəlisi deyib: “Bu hərbi bazada 20 hədəf 15 raket vasitəsilə vuruldu, nəzərə çarpacaq sayda dron və helekopter məhv edildi. Amerikalıların tamamilə hazır ol vəziyyətində olmasına baxmayaraq, onlar heç bir rekasiya verə bilmədi.”

Mənbə vurğulayıb ki, Amerikanın 104 həssas nöqtəsinin də hədəfdədir və Amerika hər hansı səhv edərsə, onlar məhv ediləcək.


119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP