Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2020

Ərdoğan İran-ABŞ gərginliyinə münasibət bildirib - Putinlə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-İran gərginliyinə münasibət bildirib.

Ərdoğan iki ölkə arasındakı gərginliyin arzuolunmaz nöqtəyə gəlib çatdığını söyləyib.

"Türkiyə olaraq nə İraq, nə Suriya, nə Livan, nə də Körfəz bölgəsinin müharibə səhnəsinə çevrilməsini istəyirik. Qonşumuz İraq sabitliyini itirmək təhlükəsi ilə üz-üzədir. İraq xalqı qardaşımızdır, Türkiyə olaraq bu məsələdə həssasıq. Qarşıdurma yaşanan İraqda yenidən sabitlik yaranması üçün çox səy göstərdik. İraqı İŞİD və PKK terroru ilə mübarizədə hər sahədə dəstəklədik", - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan bu kritik məqamda diplomatiyanın bütün kanallarından istifadə edərək gərginliyi azaltmağa çalışdıqlarını deyib:

"Əlimizdəki bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına boğulmasına icazə verməyəcəyik. Bu mərhələdə Rusiya Prezidenti Putinlə intensiv dialoq və məsləhətləşmə aparırıq. Rus dostlarımızın köməkliyi ilə bu problemli prosesdən sağ-salamaq çıxacağımıza inanıram".


94 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP