Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2020

İrandan yeni təhdid - Gərginlik pik həddə

İran Baş Qərargahının sözçüsü general-mayor Əbülfəzl Şikarçi İraqdakı ABŞ hərbi bazasına olan hücumla intiqamın başa çatmadığını bəyan edib.

General Şikarçi rəsmi Vaşinqtonun hərbi mərkəzlərini bölgədən geri çəkənə qədər meydanda qalacaqlarını söyləyib.

"Əsl intiqam elə səviyyədə olacaq ki, amerikalılar hər şeyini yığıb getmək məcburiyyətində qalacaqlar. ABŞ-ın güclü müdafiə sistemi yoxdur, raketlərin ən böyük və təchizatı yüksək olan bazanı vurmasına mane ola bilmədi.

Bu situasiya bölgədə ABŞ-la birgə hərəkət edən ölkələr üçün də dərs oldu", - deyə Əbülfəzl Şikarçi deyib.

General-mayor ABŞ-ın İranla koordinasiyalı hərəkət etdiyi və bazaların bu səbəbdən boşaldıldığına dair iddialara isə belə cavab verib: "Bu, gülünc yalandır. Prinsipcə, düşmənə zərbə vurmaq ruhuna ziddir. ABŞ-ı qatil düşmən kimi görürük".


121 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP