Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2020

Amerikalı hərbi ekspert: İranın Eyn əl-Əsədə hücumu simvolik deyildi

ABŞ dövlət rəsmiləri öz açıqlamalarında bildirirlər ki, İranın Eyn əl-Əsəd hərbi bazasına raket hücumu təlafatla nəticələnməyib. Lakin hərbi ekspertlər bu hücum barədə başqa sözlər deyir. 

Amerika Dəniz Qüvvələri Döyüş Kollecinin milli təhlükəsizlik və strateji araşdırmalar üzrə eksperti və “Rand” beyin mərkəzinin siyasi araşdırmaçısı Dara Massicot öz Tvitter səhifəsində İranın şəhid general Qasim Süleymaninin terror edilməsinə cavab olaraq Amerika terrorçularının Eyn əl-Əsəddə yerləşən hərbi bazasını vurmasını təhlil edib.
Dara Massicot İranın balistik reketlərlə vurduğu hədəfləri paylaşmaqla yanaşı, bu bazaya dəyən ziyanın həcmi barədə yazıb: 

“Mən İran məsələləri üzrə ekspert deyiləm, lakin hərbi bir analtikəm. İranın Eyn əl-Əsəd hərbi hava bazasına hücum etdiyi hədəflərə baxdıqda, bu hücumun heç də başqalarının dediyi kimi təlafatdan çəkinmək üçün simvolik bir hücum olduğunu düşünmürəm.”

Hərbi analtik bu bazanın vurulmasını İranın hərbi gücü kimi dəyərləndirərək vurğulayıb: “Raketlər (izdihamlı) bazanın hərbi avadanlığına və bazanın infrastrukturları hissəsində onları saxlayan binalara dəydi. Raketlərin dəydiyi təsir şiddəti boş həyətlərdə, yaxud bazanın cənub hissəsində eniş zolağına yayılmayıb.”
D. Massicot təhlilinin davamında yazıb: “Amerika İrandan atılmış hədəfə dəyməyən raketlərin sayı barədə açıq bəyanat vermədi. Digər raketlərin hara dəyməsini bilmədən strateji xarakterizə etmək çətindir.”
Amerika rəsmilərinin təlafat olmadığını deməsinə də toxunan analtik yazıb: “Vaxtında edilən xəbərdarlıq, raketlərin işə düşməməsi və (bəlkə) bazada hazırlıq ötən gecə amerikalı hərbçilərin canının qorunmasına səbəb ola bilər.”




458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
Go to TOP