Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2020

Reuters: İran raketləri Amerika bazasının bəzi binalarını yoxa çıxardıb

Qərb informasiya mərkəzləri İranın raket əməliyyatında Amerikanın təlafatlarını tədricən etiraf etməyə başlayıblar.
“Reuters” bu barədə yazıb: “İranın bəzi raketləri Eyn əl-Əsəddə raketlərin yuvasını məhv edib, bəzi binalar və tikililər tamamilə məhv olub və yoxa çıxıb.
Peykdən çəkilən şəkillər göstərir ki, İran raketləri Amerika hərçilərinin yerləşdiyi hərbi bazanın 7 binasına ziyan vurub və ya onları dağıdıb.
Planet Labs İnc peyk şirkəti tərəfindən təqdim edilən görüntülər Eyn əl-Əsəd hava bazasının bu hissəsinə 5 raketin dəydiyini göstərir.
Dəyən ziyanların həcmi ötən il 25 dekabrda edilən hücumdan sonra çəkilmiş görüntülərlə müqayisə edilərək dəyərləndirilə bilər. Təyyarələrin yuvası olan tikililərdən ən azından 3-ü tamamilə dağılıb və yoxa çıxıb, təkcə onların yeri qalıb.”
Kanada Midelbery Beynəlxalq Araşdırmalar İnstitutunun təhlilçisi Geoffrey Lewis bu barədə deyib: “Onlar bu hava bazasının Amerikaya aid hissəsini hədəfə aldılar. Onlar bu hissəyə hücum etmək istəyirdilər və bunu həyata keçirdilər.”


103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP