Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2020

Bir hərfə görə iş tapa bilməyən gənc özünü asıb

Yanvarın 8-də Bakıda növbəti intihar hadisəsi baş verib. 1996-cı il təvəllüdlü Səxavət Paşazadə yaşadığı evin qarşısında özünü asıb. Bu barədə məlumat yayan dostu Tacəddin Qara intiharın səbəbini də açıqlayıb.
Dostunun sözlərinə görə, Səxavət Paşazadə iş tapa bilmədiyinə görə intihar edib. “16 illik dostum bu gün səhər saatlarında həyətlərində özünü asaraq intihar edib. Özünü asmasının səbəbi isə bir ilə yaxındır ki, iş tapa bilməməsidir. Boylu-buxunlu biri sadəcə “r” hərfini deyə bilmədiyinə görə il ərzində CV göndərdiyi, müraciət etdiyi dövlət və özəl qurumlar onu işə götürmürdü.
Heç bir problemi, borcu olmayan insan işsizlikdən bezib. “Hamı nitqində problemin var” deyib işə qəbul etmirdi. Bu nə dərəcədə düzgündür axı ay iş adamları, ay “Azpetrol”, ay cənab nazir?! Əsgərliyə aparanda problem olmur, amma MAXE düzələndə “məruzə edə bilməzsən” deyib işə götürmürlər. Nəticədə 23 yaşlı boylu-buxunlu bir insan ondan 2 manat yol pulu, bundan 2 manat siqaret pulu almaqdan bezib”, - deyə mərhumun dostu dünən Feysbukda yazdığı statusda bildirib.


609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP