Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Yanvar 2020

İraq ABŞ-dan tələb etdi: Təcili ölkədən çıxın!

İraq hökuməti növbəti dəfə ABŞ-dan ölkə ərazilərindəki hərbi qüvvələrini geri çəkməyi tələb edib.

Bu barədə İraq Baş naziri Adil Əbdülmehdi açıqlama verib.

Baş nazir ABŞ Dövlət Departamentindən İraqdakı bazalardan hərbi qüvvələrin çıxarılması ilə bağlı rəsmi Bağdada sənədin göndərilməsini tələb edib.

Dövlət katibi Mayk Pompeoya zəng edən Adil Əbdülmehdi ondan hərbi qüvvələrin İraq ərazilərindən çıxarılması üçün bir mexanizmin hazırlanmasını istəyib.

İraq hökumət başçısı dövlət katibinə deyib: “İraq parlamentinin tələbləri yerinə yetirilməli, hərbi qüvvələrin çıxarılmasına dair rəsmi Bağdada sənəd göndərilməlidir”.

O, Mayk Pompeoya ABŞ-ın iranlı hərbçi Qasım Süleymanini öldürməklə İraqın suverenliyini pozduğunu bildirib.


103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP