Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2020

Bakıda fəhlə başından küt alətlə vurulub, vəziyyəti ağırdır

Bakıda 32 yaşlı şəxs yol kənarında huşsuz vəziyyətdə tapılıb.

Report xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən H.B Zərdabi küçəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri 1988-ci il təvəllüdlü, Cəlilabad sakini Fətullayev Mahir Tahir oğlunu yolun kənarında huşsuz vəziyyətdə aşkar etdikdən sonra təcili tibbi yardıma zəng ediblər.

Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin müayinəsi zamanı ona, sol qulağının kəsilmiş yarası və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xəstəxanadan faktla bağlı polisə məlumat verilib.

Qohumlarının bildirdiyinə görə, onun baş nahiyəsinə küt alətlə xəsarət yetirilib.

Qeyd edək ki, Fətullayev Mahir daş karxanalarının birində fəhlə işləyir.


652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
09.08.20, 08:34
Türkiyə ordusu itki verdi
29.07.20, 11:45
DSX-nin əsgəri öldü
Go to TOP