Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2020

Putin Əsədə tövsiyə: Trampı Dəməşqə dəvət et

Rusiya prezidenti Vladimr Putin Dəməşqə son səfərində (7 yanvar) suriyalı həmkarı Bəşar Əsədə tövsiyə edib ki, Donald Trampı Dəməşqə dəvət etsin.

Rusiyanın “TASS” xəbər agentliyinin bazar günü yazıb: “Putin bu gün Rusiyanın 1-ci kanalına verdiyi müsahibəsində bu dəvətnaməni Amerika prezidentinə göndərmək üçün hazır olduğunu bildirib.”
TASS-ın verdiyi xəbərə görə, Bəşar Əsəd onun bu tövsiyəsinə cavabında həvari Pavelin Beytül-müqəddəsdən Dəməşqə tarixi səfər macarasına işarə edərək zarafatla deyib: “Tramp bu yolla səfər etsə, yaxşıdır.”
Putin ötən həftə Dəməşqə etdiyi səfərdə Suriya prezidenti Bəşar Əsədə təklif edib: “Trampı Dəməşqə dəvət et, o gələr.”

Bəşar Əsəd də bu iş üçün hazır olduğunu bildirərək deyib: “Mən ona (Trampa) bu məsələ barədə danışacam.”


94 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.20, 09:05
ABŞ bazası yenə vuruldu
Go to TOP