Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2020

İraq: Rusiyadan silah almaq İraqın qanuni haqqıdır

İraq Parlamenti Təhlükəsizlik və Müdafiə komissiyasının üzvü Amerikanın bu ölkə əleyhinə mümkün sanksiyalarını əhəmiyyətsiz adlandıraraq Bağdadın silah almaqda azad olduğunu deyib.
Əli əl-Ğanimi “İraq əl-Yəvm” qəzetinə verdiyi açıqlmada deyib: “Amerikanın İraq əleyhinə sanksiya tətbiq etməsi üçün ABŞ-da qərar qəbul edən mərkəzlərin razılığı lazımdır. Amerika İraqa qarşı sanksiya tətbiq etsə də, bu sanksiyalar zahiri sanksiyalar olacaq və təsirsiz qalacaq.”
Təhlükəsizlik və Müdafiə komissiyasının üzvü bildirib: “Ölkə Konstitusiyasına uyğun olaraq İraq hərbi avadanlıq, təchizat və ölkənin vəziyyətinə uyğun olaraq hər növ müdafiə sistemi almaqda azaddır.”
Əli əl-Ğanimi vurğulayıb ki, Rusiya S-400 müdafiə sistemini ölkəyə gətirilməsi üçün bu işə Rusiya nəzarət etməlidir və Rusiya İraq qüvvələrinə bu sistemdən istifadə təlimlərini verməlidir.
Bu məsələ ilə bağlı Parlementin Təhlükəsizlik və Müdafiə komissiyasının sədri Məhəmmədrza Talib də Rusiyadan istəyib ki, Bağdadı regional və beynəlxalq qarşıdurmalardan uzaq saxlamaq üçün müdaxilə etsin.
Komissiya sədri vurğulayıb: “Amerika ötən 16 il ərzində İraqla suveren bir ölkə kimi deyil, işğal edilmiş ölkə kimi davranmışdır.”
O habelə bildirib ki, İraq ordusunun Rusiya silahları ilə təchiz edilməsi Amerika ilə müqayisədə daha ucuz başa gəlir.


248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP