Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2020

İtaliyadan ABŞ-a rədd cavabı - İrana jest

İtaliya məhkəməsi ABŞ-ın İrana qarşı iddiasını rədd edib.

İran Mərkəzi Bankının açıqlamasına görə, ABŞ İtaliya banklarında İrana məxsus 5,99 milyard dolların müsadirə olunaraq 2001-ci il 11 sentyabr terror aktı - Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin iki binasının partladılması zamanı həlak olanların ailələrinə verilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Məhkəmə 2018-ci ildə İrana məxsus 5,99 milyard dolların müsadirə olunması haqqında qərar qəbul edib. Lakin İranın vəkilləri Roma Apellyasiya Məhkəməsinə müraciət edərək qərarın qanunsuz olduğunu və siyasi xarakter daşıdığını bildiriblər.

Roma Apellyasiya Məhkəməsi işə yenidən baxaraq 11 sentyabr terror aktında İranın təqsirinin olmasının heç bir sübuta əsaslanmadığını bildirərək bu ölkənin İtaliya bankalarındakı aktivlərinin müsadirəsini qanunsuz hesab edib.


277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP