Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2020

Avropalılar səhvə yol versə, razılaşmadan çıxacağıq - Zərif

Avropa İran məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxararsa, biz də nüvə razılaşmasından çıxacağıq.

Bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O, İran Prezidenti Həsən Ruhaninin 2018-ci ildə Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya dövlət başçılarına sözügedən məsələ ilə bağlı məktub göndərdiyini xatırladıb:

“Avropalıların verdiyi açıqlamanın heç bir qanuni əsası yoxdur. Avropalılar başqa bir addım atarsa, İranın nüvə silahlarının yayılmasının qarşısının alınması razılaşmasından çıxması gündəmə gələcək. Nüvə razılaşmasındakı öhdəliklərin azaldılması ilə bağlı mərhələ başa çatıb. Əgər avropalılar qanuni əsası olmayan hərəkətlərinə davam edərsə və ya İran məsələsini BMT TŞ-da müzakirəyə çıxararsa, razılaşmadan çıxarıq”.


244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP