Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2020

Bağdadda əhali Amerika əleyhinə mitinqlərə çağırıldı

Ötən həftə İraqın dini və siyasi liderlərindən olan Müqtəda Sədrin əhalini Amerika əleyhinə kütləvi etirazlara dəvətinin ardınca, İraqın bütün tanınmış simaları, o cümlədən ərəb, kürd və əhli-sünnə rəhbərləri də əhalini bu cümə günü başlayacaq kütləvi etirazlara dəvət edib. Artıq etiraz aksiyalarında istifadə olunacaq plakat və afişalar da hazırlanıb.
Amerikanın iranlı general Hacı Qasim Süleymanini İraqda terror etməsinin ardınca İraq dövləti və parlamenti bunu İraqın suverenliyinin pozulması adlandırdı və Parlament amerikalı işğalçı qüvvələrin bu ölkədən çıxması ilə bağlı qərar qəbul etdi. Dövlət Parlamentin bu qərarını Amerika tərəfinə elan etməsinə baxmayaraq, Amerika öz terrorçu və işğalçılarını bu ölkədən çıxartmaq istəmir, müxtəlif yollarla (məsələn hərbi qüvvələri azaltmaq) bu qanundan yayınmağa təlaş edir. Amerikanın bu hərəkətindən qəzəblənmiş xalq cümə günü bu ölkə əleyhinə kütləvi etirazlara start verəcək.


177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP