Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2020

“Tramp ABŞ tarixində ən pis prezidentdir” - BMT sözçüsü

BMT baş katibi Antonio Quterreşin xüsusi müşaviri Donald Trampı ABŞ-ın ən pis prezidenti adlandırıb.

Cefri Saks Trampın bütün dünya və hətta ABŞ xalqı üçün yöndəmsiz və təhlükəli bir insan olduğunu söyləyərək, onu Birləşmiş Ştatların ən pis prezidenti adlandırıb.

Parstoday-in verdiyi xəbərə görə, Saks Trampın şəhid general Qasim Süleymanini öldürmək əmrinə istinad edərək, ABŞ prezidenti haqqında belə dedi: "Siz Ağ Evdə oturaraq, İran rəsmisinin öldürülməsini sifariş edib, bu işi dəstəkləyib və bunun adi bir iş olduğunu deyə bilməzsiz”. Quterreşin xüsusi müşaviri ABŞ-ın JCPOA-dan çıxması ilə əlaqədar olaraq bunları söyləyib: "Bədbəxtlik ondadır ki, bu razılaşma İran və digər dünya gücləri arasında bağlanmışdır, lakin Tramp beynəlxalq razılaşmanı məhv edərək, dünyanı müharibə həddinə çatdırdı. Sözçü əlavə edərək, Tramp və ABŞ təsisatlarının rəhbərliyi altında Birləşmiş Ştatlar, on illərdir ki, çətinliklərlə üzləşdiyini qeyd edib./deyerler/


180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP