Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2020

İraq prezidenti: General Süleymani İŞİD-lə mübarizə apardı

İraq perzidenti Davosda şəhid general Hacı Qasim Süleymaninin İŞİD-lə mübarizəsindən danışıb.

“TAS”-ın verdiyi xəbərə görə, Davos Konfransında iştirak etmək üçün İsveçrədə səfərdə olan İraq prezidenti Bərham Saleh çərşənbə günü mətbuat konfransında İranla bağlı suala cavab verərək deyib: “Biz İranla qonşuyuq və İran-İraq arasında yaxşı qonşuluq prinsipi çox önəmlidir. İran və İraq keçmişdə bir-birinə qarşı müharibə etmişdir. İndi isə iki ölkə öz yaxşı münasibətlərini qoruyub saxlamalıdır. Heç bir iraqlı İranla müharibə istəmir.” 

İraq prezidenti şəhid general Qasim Süleymaninin İŞİD-lə mübarizəsinə də toxunaraq deyib: “O, İranın və bu ölkənin milli təhlükəsizlik sisteminin simvolu idi, iraqlı qüvvələrlə birlikdə İraqda İŞİD-ə qarşı döyüşürdü.”
Bərham Saleh vurğulayıb: “İran regionun mühüm geopolitik oyunçusu və çox mühüm ölkəsidir. İran İraqın qonşusudur və onunla dialoqa getmək lazımdır. Digər heç bir variant yoxdur.”


177 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP