Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2020

Sədr: Amerika özü çıxmasa, onu zorla çıxardacağıq

İraq Sədr Hərəkatının lideri və Amerika əleyhinə milyonluq aksiyanın banisi Müqtəda Sədr kütləvi etiraz aksiyasının başlanaması ilə eyni zamanda bəyanat yayıb.

Bəyanatda İraq dövlətindən tələb olnur ki, Amerika ilə bağladığı bütün hərbi müqavilələri ləğv etsin və bu ölkənin İraqdakı bütün hərbi bazalarını bağlasın.

“Əl-Sumariya”-nın yazdığına görə, Müqtəda Sədr deyib: “Amerika dövləti İraqdan çıxmaq istəməsə, onunla işğalçı və düşmən bir ölkə kimi davranılacaq.”
Sədr həmçinin dövlətdn istəyib ki, Amerika şirkətləri ilə bağladığı təhlükəsizlik müqavilələrini də ləğv etsin və İraqın hava məkanını işğalçı Amerikanın hərbi əməliyyatları üçün bağlasın.

Sədr Hərəkatının lideri bəyanatda məqsədə çatmaq üçün 7 məsələni vurğulayıb: 

1. Amerikanın İraqdakı bütün hərbi bazaları bağlanmalıdır.
2. Amerikanın İraqdakı bütün təhlükəsizlik şirkətləri öz işinə son qoymalıdır.
3. İraqın hava məkanı işğalçıların qırıcıları və casus təyyarələrinin üzünə bağlanmalıdır.
4. İşğalçı ilə bütün təhlükəsizlik müqavilələri –bu müqavilələrdə beynəlxalq tarazlığa riayət edilmədiyi və işğalçıların kölgəsi altında imza oldunduğu üçün ləğv edilməlidir.
5. Tramp öz çıxışlarında İraqa qarşı üstün mövqe tutmamalı və təkəbbürlə davranmamalıdır. Əks təqdirda onunla eyni tərzdə davranılacaq.
6. İşğalçı qüvvələrin İraqdan çıxmadığı surətdə qonşu ölkələr bizim onlara qarşı hərəkətlərimizə müdaxilə etməməlidir.
7. Yuxarıda vurğulanan şərtlər icra olunarsa, biz bu ölkəni işğalçı kimi tanımayacağıq. Əks təqdirdə onu İraq üçün düşmən ölkə biləcəyik.


244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP