Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2020

Suriya ordusu Məarrat ən-Numana çatdı

Suriya ordusu İdlib əyalətində bir neçə kənd və qəsəbəni azad edərək özünü strateji Məarrat ən-Numan şəhərinə çatdırıb.
Suriyanın “SANA” rəsmi saytına əsasən, ordu qüvvələri Məarrat ən-Numana irəliləyişinin davamında şəhər ətrafında bu gün bir neçə qəsəbə və kəndi, o cümlədən Kərisan, Ət-Təqanə, Məarət əş-Şəmarin və Əbu Cureyf kəndlərini azad edib.
Ordu qüvvələri sözügedən bölgələri terrorçulardan azad etmək üçün İŞİD və digər terrorçu qüvvələrin mövqelərini raket atəşinə tutub. Nəticədə çoxlu sayda terrorçu ölüb və yaralanıb, düşmən mövqeləri və istehkamları dağıdılıb, texnika və silahlar məhv edilib.
Raket hücumu nəticəsində sözügedən məntəqlərdə yerləşən Cəbhətün-nüsrə və ona bağlı terror qruplarla İdlibin cənubunda yerləşən və terrorçulara yardım göstərən qruplar arasında əlaqə kəsilib, terrorçular Məarrat ən-Numanın daxilinə çəkiliblər.
Cəbhədən gələn xəbərlərə görə, Suriya ordusu hal-hazırda Məarrat ən-Numanın 2.5 km-nə çatmışdır və terrorçuların hərəkətlərini çox asanlıqla hədəfə ala bilir.
Ordu qüvvələri 5 ildən sonra ötən ay bu şəhərin onlarla kəndini terrorçulardan təmizlədi.
Terrorçular Suriyanın qonşu ölkələri və Fars körfəzinin bir sıra ərəb ölkələrinin dəstəyi ilə 2015-ci ildə İdlibin şimalına toplaşaraq İdlib əyalətini işğal etdilər.
Son statistikalara görə, İdlibdə 86000-146000 arasında terrorçu öz ailələri ilə birlikdə yerləşib. İdlib ümumilikdə Suriya ərazisinin 11 faizini təşkil edir. Bu terrorçuların çoxunu uyğurlar təşkil edir. Onlar öz yurdlarından köçkün düşmüş suriyalıların evlərində məskunlaşıblar. Bəziləri hətta əyalətin mərkəzi İdlibi Çin şəhəri adlandırır.


143 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP