Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2020

Lukaşenkonu kənddə görüblər, odun doğrayanda...- Foto

İnternetdə Belarus prezidenti Aleksandr Lukaşenkonun doğma kəndində çəkilmiş fotosu yayılıb.

Fotonu Lukaşenkonun mətbuat xidmətinə yaxın olan Telegram-kanalı yayıb. “Foto düz kəndin ortasında çəkilib, kənd sakinlərinin oraya girişi bağlanmayıb, təbiidir”,-fotonun altındakı qeyddə deyilir.

Fotoya əsasən Lukaşenko əlində balta odun doğrayır. Habelə məlumata görə o, kənd qəbiristanlığına da baş çəkib, ata-anasının məzarını ziyarət edib.

Lukaşenkonun kəndi Moqilyev vilayətində yerləşir, hazırda Aleksandriya aqroşəhərciyi adlanır. 2018-ci ildə Lukaşenko orada Rusiya prezidenti Vladimir Putini qonaq edib.


140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.02.20, 13:17
Qubaya 50 sm qar yağdı
Go to TOP